Logo
    main-post-cover

    Hazırlanan Honor 300 smartfonları barəsində yeni təfərrüatlar təqdim edilib

    Cihazlar+
    14.11.2024
    Emil
         Honor şirkəti may ayının sonunda Honor 200 smartfonlarını təqdim etmişdi. İndi isə şirkət Honor 300 smartfonları üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Honor 300 seriyası barəsində bəzi məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Honor 300 smartfonlarında 1.5K keyfiyyətli ekrandan istifadə ediləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Honor 200 smartfonları Full HD+ keyfiyyətli ekranlara sahibdirlər.
         Gözləntilərə əsasən adi Honor 300 modeli Snapdragon Gen 7 seriyasına daxil olan prosessorlardan birini, Honor 300 Pro modeli isə Snapdragon 8 Gen 3 prosessorunu əldə edəcək. Bununla yanaşı insayderin sözlərinə əsasən Honor 300 smartfonlarından biri 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Honor 300 Pro modelində barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilməlidir. Son məlumatlara əsasən bu seriyaya 4 model daxil olacaq. Çox güman ki, Honor 300 smartfonları gələn ilin birinci yarısında təqdim olunacaqlar.
    Paylaş