
Hazırlanan Huawei nova 12S smartfonu texniki imkanlar mövzusunda nova 11-in kopyası ola bilər
Cihazlar+
15.03.2024
Emil
Huawei şirkəti keçən ilin sonuna yaxın nova 12 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya adi nova 12 ilə yanaşı nova 12 Lite, nova 12 Pro və nova 12 Ultra modelləri də daxildir. Lakin Huawei sözügedən smartfon seriyasında daha bir modelin təqdimatına hazırlaşır. Söhbət, nova 12S-dən gedir. İnsayderlərin sözlərinə əsasən hazırlanan nova 12S texniki göstəricilər baxımından nova 11-in kopyası olacaq. Ola bilsin ki, şirkət nova 12S-də hansısa dəyişiklikləri reallaşdırsın. Lakin bu, dəqiq deyil. Nova 12S modelinin nova 11-in kopyası olacağı halda yeni smartfon 6.7 düym ölçülü OLED ekranı əldə etməli, Snapdragon 778G prosessoru vasitəsilə çalışmalı və özündə 4500 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
