
Hazırlanan Moto G96-nın render fotoları və texniki imkanları ortaya çıxıb
Cihazlar+
27.05.2025
Emil
Motorola şirkəti Moto G smartfon seriyasının yeni modeli üzərində çalışır. Söhbət, Moto G96-dan gedir. İnternetdə sözügedən smartfonun render fotoları və texniki imkanları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, hazırlanan bu yeni smartfon xarici görünüşcə Moto G seriyasının digər modellərindən o qədər də fərqlənməyəcək. Moto G96 modeli kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək və onun arxa panelində iki ədəd kamera yerləşəcək. Ortaya çıxmış məlumatlarda qeyd edilib ki, Moto G96 smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym ölçülü pOLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışacaq və 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda Moto G96 özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirəcək. Batareyaya gəldikdə isə smartfon 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Moto G96-nın ilin sonuna yaxın təqdim olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
