
Hazırlanan Vivo X200s barəsində yeni təfərrüatlar təqdim edilib
Cihazlar+
10.01.2025
Emil
Vivo şirkəti keçən ilin oktyabr ayında Vivo X200, X200 Pro və X200 Pro mini smartfonlarını təqdim etmişdi. İndi isə şirkət Vivo X200 Ultra smartfonunu təqdim etməyə hazırlaşır. Lakin bu, Vivo X200 seriyasına daxil olacaq yeganə smartfon olmayacaq. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Vivo şirkəti üstəlik Vivo X200s smartfonu üzərində də çalışır.
Gözləntilərə əsasən bu smartfon Vivo X200 modelinin yaxşılaşdırılmış versiyası olacaq. Lakin insayder bildirib ki, Vivo X200s ilə birlikdə X200s Pro və X200s Pro mini modellərini gözləmək lazım deyil. Bu, bir qədər qəribə səslənir. Belə ki, Vivo şirkəti daha öncələr Vivo X s seriyasında minimum iki smartfon təqdim edirdi. Vivo X100s və Vivo X100s Pro modelləri buna bariz nümunədirlər. Gözləntilərə əsasən Vivo X200s smartfonu yastı ekranı əldə edəcək və Dimensity 9400+ prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
