main-post-cover

    Hələ təqdim edilməmiş OPPO Find X8 Ultra-nın kameraları barəsində məlumatlar verilib

    Cihazlar+
    05.06.2024
    Emil Nəcəfov
         OPPO şirkəti bu ilin yanvar ayında OPPO Find X7 flaqman smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya OPPO Find X7 və Find X7 Ultra modelləri daxil oldular. İndi isə şirkət aktiv şəkildə OPPO Find X8 flaqman smartfon seriyası üzərində çalışır. Gözləntilərə əsasən bu seriyaya da iki model daxil olacaq. Söhbət, OPPO Find X8 və Find X8 Ultra modellərindən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder OPPO Find X8 Ultra modelinin əldə edəcəyi kameralar barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən bu yeni smartfon dördlü arxa kamera ilə təchiz olunacaq və onlardan hər biri 50 MP-lik olacaq.
         Məlumatda qeyd edilib ki, 4 kameradan 2-si periskop teleobyektiv olacaq. OPPO Find X8 Ultra-da konkret olaraq hansı kamera sensorlarından istifadə ediləcəyi barəsində məlumat olmasa da qeyd edilib ki, smartfonda dəqiq şəkildə Sony IMX858 adlı kamera sensoru olmayacaq. Qeyd etmək lazımdır ki, OPPO Find X7 Ultra-nın 6 qat optik zoom-lu periskop teleobyektivində məhz bu kamera sensorundan istifadə edilir. OPPO Find X8 Ultra barəsində digər bir məlumat hələ yoxdur. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, adi OPPO Find X7 modeli 6000 mAh enerji tutumlu batareyaya sahib olacaq. OPPO Find X8 smartfon seriyasının gələn ilin əvvəlində təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli OPPO Pad Air 2 planşeti təqdim edilib - QİYMƏTİ
    budceli-oppo-pad-air-2-planseti-teqdim-edilib-qiymeti
    OPPO Reno 12 və Reno 12 Pro təqdim edilib - QİYMƏTİ
    oppo-reno-12-ve-reno-12-pro-teqdim-edilib-qiymeti
    OPPO şirkəti qatlana bilən OPPO Find N5 smartfonunu hazırlayır
    oppo-sirketi-qatlana-bilen-oppo-find-n5-smartfonunu-hazirlayir
    OPPO Reno 12 smartfonları reklam videosunda əks olunublar (VİDEO)
    oppo-reno-12-smartfonlari-reklam-videosunda-eks-olunublar-video
    OPPO Reno 12 və Reno 12 Pro smartfonlarının dizaynları rəsmi şəkildə sərgilənib
    oppo-reno-12-ve-reno-12-pro-smartfonlarinin-dizaynlari-resmi-sekilde-sergilenib