Logo
    main-post-cover

    Hələ təqdim edilməmiş POCO F7-nin hansı prosessoru əldə edəcəyi açıqlanıb

    Cihazlar+
    17.09.2024
    Emil
           Xiaomi-nin POCO brendi hal-hazırda aktiv şəkildə POCO F7 üzərində çalışır. İndi isə insayderlər hazırlanan bu yeni smartfonun vacib özəlliklərindən biri barəsində məlumat veriblər. Onların vermiş olduqları məlumat POCO F7-nin hansı prosessor vasitəsilə çalışacağını əhatə edir.
         Beləliklə insayderlərin sözlərinə əsasən hazırlanan POCO F7 smartfonu MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, sözügedən prosessor 8 nüvəlidir. O özündə 3.35 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-X4 nüvəsini və 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A720 nüvəsini birləşdirir. POCO F7-yə gəldikdə isə onun barəsində digər bir məlumat hələ yoxdur. Çox güman ki, POCO brendi bu yeni smartfonunu 2025-ci ilin əvvəlində təqdim edəcək.
     
    Paylaş