
Hələ təqdim edilməmiş Xiaomi 13T-nin icmalı ortaya çıxıb (VİDEO)
Xiaomi şirkətinin Xiaomi 13T flaqman smartfonunu hələ təqdim etməməsinə baxmayaraq onun icmal videosu artıq Youtube-da ortaya çıxıb. İcmal videosunu Eufracio Lopez adlı Youtube kanalı təqdim edib. Təqdim edilmiş icmal videosu öz növbəsində Xiaomi 13T barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyir. Beləliklə icmal videosuna əsasən Xiaomi 13T smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir. Smartfon MediaTek Dimensity 8200 Ultra prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera ilə 67 vatt gücündə sürətli şarş texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Xiaomi 13T smartfonunun gələn ayın əvvəlində təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər