
Hələ təqdim olunmamış Huawei Pura 80 Ultra-nın kameraları barəsində məlumatlar verilib
Cihazlar+
27.12.2024
Emil
Huawei bu ilin birinci yarısında Huawei Pura 70 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya Huawei Pura 70, Pura 70 Pro və Pura 70 Ultra modelləri daxil oldular. İndi isə şirkət Pura 80 seriyası üzərində çalışır və bu seriyaya daxil olacaq modellərdən biri də Pura 80 Ultra olacaq. İnsayderlər bu model barəsində bəzi məlumatları təqdim ediblər.
Beləliklə insayderlərin sözlərinə əsasən Huawei Pura 80 Ultra smartfonu dəyişkən diafraqmaya sahib 1 düym ölçülü 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı smartfon özündə 50 MP-lik ultra geniş bucaqlı kameranı və güclü periskop telekameranı birləşdirəcək. Digər tərəfdən məlumatda qeyd edilib ki, bunlar smartfonun kameralar ilə bağlı final göstəriciləri deyil. Belə ki, smartfon şirkət daxilində hələ texniki test mərhələsindədir. Buna görə də Huawei Pura 80 Ultra-nın final versiyasında hər şey fərqli ola bilər.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
