Logo
    main-post-cover

    Hələ təqdim olunmamış Moto G24 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    30.10.2023
         Lenovo şirkətinə məxsus olan Motorola brendi özünün Moto G seriyasının növbəti büdcəli smartfonu üzərində çalışır. Söhbət, Moto G24 5G-dən gedir. Məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Geekbench testləri nəticəsində isə Moto G24 5G-nin bəzi texniki özəllikləri məlum olub. Beləliklə sözügedən yeni büdcəli smartfon MediaTek Dimensity prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə Android 14 əməliyyat sistemini birləşdirəcək. Moto G24 5G Geekbench-in bir nüvəli testi çərçivəsində 407 xal, çox nüvəli testi çərçivəsində isə 1399 xal toplayıb. Smartfonun nə zaman təqdim olunacağı barəsində hələ heç bir məlumat yoxdur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Hələ təqdim olunmamış Moto G24 5G smartfonu Geekbench testlərindən keçib | Technote