Logo
    main-post-cover

    Hələ təqdim olunmamış OnePlus 15 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    29.08.2025
    Emil
         OnePlus şirkəti yaxın aylar ərzində OnePlus 15 flaqman smartfonunu təqdim etməlidir. İndi isə sözügedən smartfonun Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfon barəsində bəzi məlumatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən smartfon Snapdragon 8 Elite 2 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən OnePlus 15-in 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik məlum olub ki, smartfon qutudan Android 16-nı əldə edəcək. Smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 639 xal, çoxnüvəli testi çərçivəsində isə 1871 xal toplayıb. Geekbench-də qeyd edilmiş test nəticələrinin aşağı olması smartfonda prosessorun final versiyasının istifadə edilməməsindədir.
    Paylaş