main-post-cover

    Hələ təqdim olunmamış OPPO Reno 12 smartfonlarının texniki göstəriciləri və satış qiymətləri açıqlanıb

    Cihazlar+
    02.02.2024
    Emil Nəcəfov
         OPPO şirkəti keçən ilin sonuna yaxın OPPO Reno 11 Reno 11 Pro smartfonlarını təqdim etdi. Bu il isə OPPO Reno 12 smartfon seriyasının təqdimatı gözlənilir. Bu seriyaya Reno 12 Reno 12 Pro modelləri daxil olmalıdırlar. İndi isə insayderlər OPPO Reno 12 smartfonlarının texniki göstəricilərini və satış qiymətlərini açıqlayıblar. Beləliklə insayderlərin sözlərinə əsasən hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym AMOLED ekranla təchiz olunacaq. Adi Reno 12 modeli MediaTek şirkətinin MTK 24M kod adına sahib prosessoru vasitəsilə çalışacaq.
         Reno 12 Pro-ya gəldikdə isə o, MediaTek Dimensity 9200 flaqman prosessorunu əldə edəcək. Hər iki smartfon 12 GB RAM-a sahib olacaq. Reno 12 modeli özündə 256 GB daxili yaddaş həcmini, Reno 12 Pro modeli isə 256/512 GB daxili yaddaş həcmini birləşdirəcək. İnsayderlər bildiriblər ki, smartfonlar eyni batareya həcminə və kamera göstəricilərinə sahib olacaqlar. Söhbət, 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya, 50 MP + 50 MP + 8 MP üçlü arxa kamera və 50 MP-lik ön kameradan gedir. Satış qiymətləri mövzusunda Reno 12 modeli 500$-a, Reno 12 Pro modeli isə 800$-a satılmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Reno 11F 5G smartfonunun yeni fotosu və texniki göstəriciləri təqdim edilib
    oppo-reno-11f-5g-smartfonunun-yeni-fotosu-ve-texniki-gostericileri-teqdim-edilib
    OPPO Reno 11F 5G smartfonunun yeni promo fotoları təqdim edilib
    oppo-reno-11f-5g-smartfonunun-yeni-promo-fotolari-teqdim-edilib
    OPPO yeni büdcəli smartfonu olacaq OPPO K12-nin təqdimatına hazırlaşır
    oppo-yeni-budceli-smartfonu-olacaq-oppo-k12-nin-teqdimatina-hazirlasir
    OPPO Watch 4 smart saatının render fotoları təqdim edilib
    oppo-watch-4-smart-saatinin-render-fotolari-teqdim-edilib
    OPPO şirkəti Reno 11F 5G smartfonu üzərində çalışır
    oppo-sirketi-reno-11f-5g-smartfonu-uzerinde-calisir