Logo
    main-post-cover

    Hələ təqdim olunmamış qatlana bilən OPPO Find N5 barəsində bəzi təfərrüatlar verilib

    Cihazlar+
    04.09.2024
    Emil
         OPPO şirkəti keçən il qatlana bilən OPPO Find N3 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı olacaq OPPO Find N5 üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində hazırlanan OPPO Find N5-in bəzi texniki imkanlarını bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən OPPO Find N5 smartfonu 2K Keyfiyyətli ekranı əldə edəcək və Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, bu smartfon Snapdragon 8 Gen 4 prosessorunu əldə edəcək ilk qatlana bilən smartfon olacaq. Üstəlik smartfon 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı əldə etməlidir. İnsayder bildirib ki, OPPO Find N5-in gövdə qalınlığı 9-10 mm təşkil edəcək. OPPO-nun bu yeni qatlana bilən smartfonunun nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş