Logo
    main-post-cover

    Hələ təqdim olunmamış Samsung Galaxy A05 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    09.08.2023
    Emil
        Samsung şirkətinin Galaxy A seriyasının hələ təqdim edilməmiş yeni büdcəli modeli Geekbench testlərindən keçib. Söhbət, Galaxy A05 smartfonundan gedir. Geekbench testləri sayəsində sözügedən smartfonun bəzi özəllikləri məlum olub. Geekbench testləri sayəsində məlum olub ki, Galaxy A05 smartfonu 8 nüvəli MediaTek Helio G85 prosessoru vasitəsilə çalışacaq.
        Geekbench testlərindən smartfonun 4 GB RAM-a sahib versiyası keçib. Heç istisna deyil ki, Galaxy A05-in digər RAM yaddaş versiyaları da olacaq. Bu yeni smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 419 xal, çox nüvəli testi çərçivəsində isə 1386 xal toplayıb. Galaxy A04 ilə A04s-in keçən ilin avqust ayının sonunda təqdim olunduqlarını nəzərə alsaq, güman etmək olar ki, Galaxy A05 də bu ayın sonunda təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər