Logo
    main-post-cover

    Hələ təqdim olunmamış Samsung Galaxy Tab S10+ planşeti Geekbench testlərindən keçib

    Cihazlar+
    13.06.2024
         Samsung şirkəti bu il Galaxy Tab S10 planşet seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də Galaxy Tab S10+ olacaq. İndi isə sözügedən model barəsində maraqlı bir məlumat ortaya çıxıb. Samsung adətən öz Galaxy Tab planşetlərində ya Exynos ya da Snapdragon prosessorlarından istifadə edir. Lakin görünür, Galaxy Tab S10+ planşeti halında vəziyyət daha fərqli olacaq. Məlum olub ki, Galaxy Tab S10+ planşeti Geekbench testlərindən keçib.
         Geekbench-in məlumatlar bazasında qeyd edilib ki, sözügedən planşet MediaTek şirkətinin 4 nanometrlik Dimensity 9300 Plus flaqman prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən planşetin 12 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, planşet qutudan Android 14-ü əldə edəcək. Galaxy Tab S10+ planşeti Geekbench-in bir nüvəli testi çərçivəsində 2141 xal, çox nüvəli testi çərçivəsində isə 6952 xal toplayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Hələ təqdim olunmamış Samsung Galaxy Tab S10+ planşeti Geekbench testlərindən keçib | Technote