
Hələ təqdim olunmamış Vivo X200s barəsində ilk təfərrüatlar təqdim edilib
Bir neçə gün bundan öncə məlum oldu ki, vivo şirkəti oktyabr ayında təqdim etmiş olduğu vivo X200 smartfon seriyasına iki yeni modeli əlavə edəcək və yeni modellər 2025-ci ildə təqdim ediləcək. Onlardan birinin vivo X200 Ultra olacağı gözlənilir. Digəri isə vivo X200s ola bilər. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim olunmamış vivo X200s-in texniki imkanları barəsində təfərrüatları bölüşüb.
Beləliklə insayderin sözlərinə əsasən hazırlanan bu yeni smartfon 1.5K keyfiyyətli LTPS ekranla təchiz olunacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Bununla yanaşı smartfonun gövdəsi sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. İnsayder vivo X200s-in dəqiq olaraq hansı həcmdə batareya ilə təchiz olunacağı barəsində məlumat verməsə də, qeyd edib ki, smartfonun batareyası olduqca böyük həcmdə olacaq. Çox güman ki, vivo X200s smartfonu 2025-ci ilin birinci yarısında təqdim olunacaq.
Paylaş