Logo
    main-post-cover

    Hələ təqdim olunmamış Vivo X300 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    15.08.2025
    Emil
         Vivo yaxın aylar ərzində Vivo X300 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya bir neçə model daxil olacaq və onlardan biri də adi Vivo X300 olacaq. İndi isə məlum olub ki, adi Vivo X300 modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun bəzi texniki imkanları ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Vivo X300-ün prosessoru özündə 4 ədəd 2.7 GHz tezlikli nüvəni, 3 ədəd 3.5 GHz tezlikli nüvəni və 1 ədəd 4.21 GHz tezlikli nüvəni birləşdirir. Bu göstəricilər isə hələ təqdim olunmamış MediaTek Dimensity 9500 prosessoruna işarə edirlər. Geekbench testlərindən Vivo X300-ün 16 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı məlum olub ki, smartfon qutudan Android 16-ya sahib olacaq. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 2352 xal, çoxnüvəli testi çərçivəsində 7129 xal toplayıb.
    Paylaş