Logo
    main-post-cover

    Həm ofis işləri həm də kompüter oyunları üçün nəzərdə tutulmuş AOC Q27V12XY monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.10.2025
    Emil
         AOC şirkəti həm ofis işləri həm də kompüter oyunları üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC Q27V12XY adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərini və 5 vatt gücündə stereo səsgücləndiriciləri əldə edib. AOC Q27V12XY artıq Çində satışa çıxıb və onun qiyməti 140$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş