Logo
    main-post-cover

    Həm ofis işləri həm də kompüter oyunları üçün nəzərdə tutulmuş LG 27UP550N monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.08.2024
    Emil
         LG şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru LG 27UP550N adlanır. Bu monitor üstəlik kompüter oyunları üçün də yarayır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 98%-ni əhatə edir. Üstəlik ekran AMD FreeSync texnologiyasının dəstəyinə sahibdir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. LG 27UP550N yaxın günlərdə Çində satışa çıxacaq və onun qiyməti 251$ təşkil edəcək. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş