
Hesablamalara görə bütün dünyada ümumilikdə 5 milyard ədəd köhnə mobil telefon mövcuddur
GSM Association (GSMA) adlı qeyri-kommersiya təşkilatı bir neçə mobil operatorun dəstəyi ilə elan edib ki, o, insanları köhnə mobil telefonlardan qismən azad etmək niyyətindədir. Söhbət, artıq istifadə edilməyən və təkrar emala göndərilməyən köhnə mobil telefonlardan gedir. GSMA-nın hesablamalarına əsasən hal hazırda bütün dünyada ümumilikdə 5 milyard ədəd işlədilməyən köhnə mobil telefon mövcuddur. Bu mobil telefonlar özlərində ümumilikdə 50 000 ton misi, 500 ton gümüşü və 100 ton qızılı birləşdirir. Məlumata əsasən köhnə mobil telefonlarda olan ümumi kobalt miqdarı sayəsində elektromobillər üçün nəzərdə tutulmuş 10 milyon ədəd batareya istehsal etmək mümkündür.
GSMA-nın fikrincə bu qədər mobil cihazı elə-belə saxlamaq heç də sərf etmir. Belə ki, metalların əldə edilməsi və onların təmizlənməsi ətraf mühitin müəyyən səviyyədə çirklənməsi ilə müşayiət edilən və böyük enerji tələb edən bir prosesdir. Bu vəziyyətin aradan qaldırılmasında GSMA-ı dəstəkləmiş mobil oiperatorlar 2030-cu ilə qədər iki vacib tədbiri görəcəklər. Satılan smartfonlar arasında ən köhnələrinin minimum 20%-nin təkrar emala göndərilməsi və abonentlər tərəfindən təhvil verilən köhnə mobil telefonların 100%-nin təkrar emala göndərilməsi. Bu tədbirlər mövcud problemi tam şəkildə aradan qaldırmayacaqlar. Lakin onun müəyyən hissəsini həll etmək mümkün olacaq.
Paylaş
Bənzər xəbərlər