Həvəskar istifadəçilərdən biri Galaxy A32 5G-nin gövdəsinə 30 000 mAh-lıq batareya yerləşdirib

Həvəskar istifadəçilərdən biri Galaxy A32 5G-nin gövdəsinə 30 000 mAh-lıq batareya yerləşdirib

Mobil Cihazlar
06.03.2023 PAYLAŞIM

    Samsung Galaxy A32 5G smartfonu orta qiymət seqmentinə aid heç də pis olmayan bir smartfondur. Onun əsas özəlliklərindən biri də odur ki, o, 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Lakin istifadəçilərdən biri Galaxy A32 5G-ni təkmilləşdirmək qərarına gəlib. Bu istiqamətdə istifadəçi smartfonun gövdəsinə 30 000 mAh enerji tutumlu batareya yerləşdirib. Nəticədə sözün əsl mənasında kərpicə bənzəyən 1 kq ağırlığında cihaz alınıb. İstifadəçi 30 000 mAh enerji tutumlu batareyaya sahib Galaxy A32 5G-dən yalnız bir neçə gün istifadə edib.


    Buna görə də smartfonun bu cür batareya sayəsində neçə gün ərzində çalışdığı məlum deyil. Lakin çox güman ki, 30 000 mAh-lıq batareyaya sahib smartfon bir dəfə şarj olunandan sonra 1 və ya 2 həftə ərzində çalışa bilər. Bununla belə bu cür batareyanı 100%-lik enerji ilə təmin etmək üçün 7 saat vaxt lazımdır. Əsas olaraq nəzərə almaq lazımdır ki, aparılan bu cür təcrübələr heç də təhlükəsiz hesab edilmir. Belə ki, sözügedən həcmdə batareyanın smartfona birləşdirilməsi öz növbəsində mənfi nəticələrə gətirib çıxara bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×