Logo
    main-post-cover

    HMD Crest və Crest Max smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.07.2024
    Emil
         HMD Global şirkəti öz brendi çərçivəsində iki yeni smartfonunu təqdim edib. Smartfonlar HMD Crest Crest Max adlanırlar. Onlar xarici görünüşcə və texniki özəlliklərin böyük hissəsi baxımından eynidirlər. Qeyd etmək lazımdır ki, hər iki smartfon giriş seqmentinə daxildir. Bununla belə onlar özlərində OLED ekranı, sürətli şarj texnologiyasının dəstəyini və yüksək MP göstəricidə ön kameranı birləşdirirlər. Beləliklə hər iki smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü OLED ekrana sahibdir və hər iki smartfon 6 nanometrlik Unisoc T760 5G prosessoru vasitəsilə çalışır.
         HMD Crest modeli 6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini, HMD Crest Max modeli isə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. HMD Crest modeli özündə 50 MP + 2 MP ikili arxa kameranı, HMD Crest Max modeli isə özündə 64 MP + 8 MP + 2 MP üçlü arxa kameranı birləşdirir. Ön kamera hər iki smartfonda eynidir. Söhbət, 50 MP-lik ön kameradan gedir. Onların batareya həcmləri və dəstəklədikləri sürətli şarj texnologiyası gücü də eynidir. Belə ki, həm HMD Crest həm də HMD Crest Max 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. HMD Crest modeli 173$ qiymətində, HMD Crest Max modeli isə 197$ qiymətində satışa çıxıb.
     
    Paylaş