
HMD Globakl şirkəti öz ilk smartfonunu anons edib
Cihazlar+
22.11.2023
Emil
Nokia smartfonlarının hazırlanması ilə məşğul olan HMD Global şirkəti bir neçə müddət bundan öncə bildirmişdi ki, o öz brendi altında smartfonların hazırlanması ilə məşğul olacaq. İndi isə şirkət ilk smartfonunu anons edib. Anons edilmiş smartfon M-KOPA X1 adını əldə edib. Sözügedən smartfonun texniki göstəriciləri HMD Global-ın saytında yerləşdirilib. Texniki özəlliklərdən belə qənaətə gəlmək olar ki, M-KOPA X1 bir neçə müddət bundan öncə təqdim edilmiş Nokia smartfonlarını kopyalayır.

Məlumata əsasən smartfon 6.5 düym ekran, 4 GB RAM, 3 GB virtual RAM, əsas kamerası 50 MP olmaqla ikili arxa kamera, 8 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 13 əməliyyat sisteminə sahibdir. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. M-KOPA X1 xarici görünüşcə Nokia C32-yə bənzəyir. Smartfon barəsində digər heç bir məlumat verilməyib. Onun satış tarixi və qiyməti daha sonra açıqlanacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
HMD Global şirkətinin öz smartfonlarını nə zaman satışa çıxaracağı məlum olub
HMD Global şirkəti bütün dünya üzrə Nokia brendi altında smarftfonların istehsalı və satışa çıxarılması lisenziyasına sahibdir.

Cihazlar+
HMD Global şirkəti öz brendi altında artıq ilk iki smartfonunu hazırlayır
Nokia brendi altında smartfonların hazırlanması ilə məşğul olan HMD Global şirkətinin CEO-su Jean-Francois Baril hələ sentyabr ayında bildirmişdi ki, şirkət öz brendi altında smartfonların hazırlanması ilə məşğul olacaq.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
