main-post-cover

    HMD Global bu il ərzində 17 ədəd yeni Nokia mobil cihazını təqdim edəcək

    Cihazlar+
    09.02.2024
    Emil Nəcəfov
         HMD Global şirkəti hələ bir neçə müddət bundan öncə elan etdi ki, o öz brendi altında smartfonların hazırlanması ilə məşğul olacaq. Şirkət hətta bu ayın sonunda keçiriləcək MWC 2024 sərgisində iştirakını da anons edib. Gözləntilərə əsasən şirkət öz brendi altında hazırlamış olduğu ilk smartfonları məhz MWC 2024 sərgisi çərçivəsində təqdim edəcək. Bir neçə gün bundan öncə isə şirkət rəsmi şəkildə elan etdi ki, o, Nokia brendi altında mobil cihazların hazırlanmasını da davam etdirəcək.
         Məlum olub ki, şirkət bu il ərzində Nokia brendi altında 17 ədəd yeni mobil cihazı təqdim edəcək. Onların kataloq nömrələri IMEI məlumatlar bazasında ortaya çıxıblar. Lakin bu il üçün nəzərdə tutulmuş Nokia mobil cihazları arasında hansıların smartfon hansıların isə adi düyməli mobil telefon olacaqları aydın deyil. Nəzərdə tutulmuş 17 ədəd mobil cihazın yalnız düyməli mobil telefonlar olacaqları halda Nokia-nın smartfonlar bazarından getməsini bir fakt kimi qəbul etmək olar. Qeyd etmək lazımdır ki, HMD Global şirkəti Nokia brendinin lisenziyasına 2026-cı ilə qədər sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Global şirkəti Nokia smartfonlarını hazırlamağa davam edəcək
    hmd-global-sirketi-nokia-smartfonlarini-hazirlamaga-davam-edecek
    HMD Global öz brendi altında ilk smartfonlarını MWC 2024 sərgisində təqdim edəcək
    hmd-global-oz-brendi-altinda-ilk-smartfonlarini-mwc-2024-sergisinde-teqdim-edecek
    HMD Global öz brendi altında müxtəlif növ cihazları hazırlayacağını rəsmi şəkildə elan edib
    hmd-global-oz-brendi-altinda-muxtelif-nov-cihazlari-hazirlayacagini-resmi-sekilde-elan-edib
    Mobil cihazlar sahəsi tarixində ən  çox satılmış 15 cihazın reytinqini təqdim edilib
    mobil-cihazlar-sahesi-tarixinde-en-cox-satilmis-15-cihazin-reytinqini-teqdim-edilib
    HMD Global-ın ilk smartfonu Nokia Lumia tərzində dizayna sahib olacaq
    hmd-global-in-ilk-smartfonu-nokia-lumia-terzinde-dizayna-sahib-olacaq