
HMD Global daha yeni Nokia smartfonlarını hazırlamaya bilər
Cihazlar+
16.01.2024
Emil
Məlum olub ki, Nokia telefonları barəsində məlumatları əks etdirən bölmə Nokia.com saytında aradan qaldırılacaq. Məlumata əsasən bu, 1 fevral tarixində baş verəcək. Nokia telefonları ilə bağlı olan bölmə HMD Global şirkətinin saytına yerləşdiriləcək. Bununla belə insayderlərin verdikləri məlumata əsasən HMD Global şirkətinin özü daha yeni Nokia smartfonlarını hazırlamayacaq. Bununla yanaşı şirkət hmd.com saytını işə salıb. Şirkət təmsilçisinin sözlərinə əsasən istifadəçilər sözügedən saytda HMD brendinin öz telefonları və klassik Nokia modelləri barəsində məlumatları əldə edə biləcəklər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
