Logo
    main-post-cover

    HMD Global-ın Atlas adlı smartfonunun render fotosu və texniki imkanları təqdim edilib

    Cihazlar+
    11.06.2024
    Emil
         HMD Global şirkəti 5G dəstəkli yeni büdcəli smartfonu üzərində çalışır. Söhbət, HMD Atlas-dan gedir. İnsayderlər bu yeni smartfonun render fotosunu və texniki imkanlarını bölüşüblər. Təqdim edilmiş render fotodan da görmək olar ki, HMD Atlas yası gövdəni və ekranı əldə edəcək. Ekran üzərində isə kiçik dairəvi çıxıntı yerləşəcək. Onun arxa panelində isə düzbucaq formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində iki ədəd obyektiv ilə LED işıqlandırma mövcud olacaq.
         İnsayderlərin sözlərinə əsasən HMD Atlas 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.64 düym IPS LCD ekranla təchiz olunacaq. Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda smartfon 48 MP + 5 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə HMD Atlas-ın 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. HMD Global şirkəti bu yeni büdcəli smartfonunu yaxın zamanda təqdim etməlidir.
    Paylaş