Logo
    main-post-cover

    HMD Global-ın daha bir yeni büdcəli smartfonunun render fotosu və texniki imkanları təqdim edilib

    Cihazlar+
    25.06.2024
    Emil
         HMD Global şirkətinin öz brendi altında hazırladığı müxtəlif smartfonlar barəsində son günlərdə olduqca çoxlu sayda məlumat ortaya çıxıb. İndi isə insayderlər şirkətin daha bir smartfonu barəsində məlumatlar veriblər. Belə ki, HMD Nighthawk adlı daha bir büdcəli smartfonun render fotosu ilə texniki imkanları təqdim edilib. Fotodan da görmək olar ki, bu smartfonun arxa paneli şirkətin daha öncə barələrində məlumatların ortaya çıxmış olduqları smartfonlarının arxa panellərinə bənzəyir.
         Fotoya əsasən HMD Nighthawk ikili arxa kameranı əldə edəcək. Texniki imkanlara gəldikdə isə insayderlərin sözlərinə əsasən bu yeni büdcəli smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü OLED ekranı əldə edəcək və Unisoc T760 prosessoru vasitəsilə çalışacaq. Smartfon həmçinin özündə 108 MP + 8 MP ikili arxa kameranı, 16 MP-lik ön kameranı və 4900 mAh enerji tutumlu batareyanı birləşdirəcək. HMD Nighthawk yaxın zamanda təqdim oluna bilər.
     
    Paylaş