
HMD Global-ın ilk smartfonu Nokia Lumia tərzində dizayna sahib olacaq
Cihazlar+
29.01.2024
Emil
2023-cü ilin sonunda HMD Global şirkəti elan etdi ki, o öz brendi altında smarttfonların istehsalı ilə məşğul olacaq. İndi isə internetdə HMD Global-ın ilk smartfonunun bir hissəsini əks etdirən poster ortaya çıxıb. Ortaya çıxmış posterdən də görmək olar ki, smartfon ikili arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 108 MP-lik olacaq. Üstəlik 108 MP-lik əsas arxa kamera optik stabilizasiya funksiyasını dəstəkləyəcək. Arxa paneldə həmçinin HMD yazısını görmək olar. Məlumata əsasən HMD Global-ın bu smartfonu Nokia Lumia tərzində dizayna sahib olacaq. Smartfon barəsində digər bir məlumat yoxdur. Heç istisna deyil ki, HMD Global şirkəti onu gələn ayın sonunda keçiriləcək MWC 2024 sərgisində təqdim etsin.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
HMD Global şirkətinin öz brendi altında hazırladığı ilk smartfonun render fotosu ortaya çxııb
Nokia-nın mobil biznesi 2016-cı ildən HMD Global şirkətinə məxsusdur.

Cihazlar+
HMD Global daha yeni Nokia smartfonlarını hazırlamaya bilər
Məlum olub ki, Nokia telefonları barəsində məlumatları əks etdirən bölmə Nokia.com saytında aradan qaldırılacaq.

Cihazlar+
HMD Globakl şirkəti öz ilk smartfonunu anons edib
Nokia smartfonlarının hazırlanması ilə məşğul olan HMD Global şirkəti bir neçə müddət bundan öncə bildirmişdi ki, o öz brendi altında smartfonların hazırlanması ilə məşğul olacaq.

Cihazlar+
HMD Global şirkətinin öz smartfonlarını nə zaman satışa çıxaracağı məlum olub
HMD Global şirkəti bütün dünya üzrə Nokia brendi altında smarftfonların istehsalı və satışa çıxarılması lisenziyasına sahibdir.

Cihazlar+
HMD Global şirkəti öz brendi altında artıq ilk iki smartfonunu hazırlayır
Nokia brendi altında smartfonların hazırlanması ilə məşğul olan HMD Global şirkətinin CEO-su Jean-Francois Baril hələ sentyabr ayında bildirmişdi ki, şirkət öz brendi altında smartfonların hazırlanması ilə məşğul olacaq.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
