Logo
    main-post-cover

    HMD Global-ın keçmiş Nokia dizaynı tərzində yeni smartfonunun fotosu ortaya çıxıb

    Cihazlar+
    10.06.2024
    Emil
         HMD Global şirkəti hal-hazırda əsas diqqətini öz brendi altında smartfonların hazırlanmasına ayırsa da, Nokia sevərləri də unutmur. Belə ki, şirkət keçmiş Nokia dizaynında yeni smartfonu üzərində çalışır. Məlumata əsasən yeni smartfon HMD Skyline adlanacaq. Hazırlanan bu yeni smartfonun render fotosu da ortaya çıxıb. Fotoya əsasən HMD Skyline smartfonu zamanında ilk dəfə Nokia N9-da reallaşdırılmış Fabula adlı dizayn tərzini əldə edəcək. Lakin yeni smartfon öz sarı gövdə rəngi sayəsində Nokia Lumia 920-ni xatırladır.
         HMD Skyline özündə klassik dizayn ilə müasir texnologiyaları birləşdirməlidir. Məlumata əsasən HMD Global-ın öz brendi altında hazırladığı bu yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli OLED ekranla təchiz olunacaq və Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı HMD Skyline smartfonunun 108 MP-lik əsas arxa kameranı, 32 MP-lik ön kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir. Smartfon artıq gələn ay təqdim oluna bilər.
    Paylaş