Logo
    main-post-cover

    HMD Global-ın Nokia Lumia dizaynında HMD Skyline smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    21.06.2024
    Emil
         Keçən həftə məlum oldu ki, HMD Global şirkəti Nokia Lumia dizaynında yeni fərdi smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, HMD Skyline adlı smartfondan gedir. İndi isə məlum olub ki, bu smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench məlumatlarına əsasən HMD Skyline smartfonu Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib.
       Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Beləliklə HMD Skyline Geekbench-in bir nüvəli testi çərçivəsində 1027 xal, çox nüvəli testi çərçivəsində isə 2857 xal toplayıb. Daha öncəki məlumat sızıntılarına əsasən HMD-nin bu yeni smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli OLED ekranı və 4900 mAh enerji tutumlu batareyanı əldə etməlidir. HMD Skyline artıq gələn ay təqdim oluna bilər.
    Paylaş