Logo
    main-post-cover

    HMD Global-ın Orka kod adlı yeni smartfonunun render fotoları və texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    19.12.2024
    Emil
          İnsayderlər HMD Global şirkətinin hələ təqdim olunmamış yeni smartfonunun render fotolarını və texniki imkanlarını təqdim ediblər. Onların sözlərinə əsasən HMD Global-ın yeni smartfonu Orka kod adına sahibdir. Təqdim edilmiş render fotolardan da görmək olar ki, smartfon yastı gövdə dizaynını əldə edəcək və onun arxa panelinin yuxarı sol hissəsində düzbucaq formasında kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində iki ədəd kamera mövcud olacaq.
          İnsayderlər bildiriblər ki, HMD Global-ın bu yeni smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym ölçülü IPS ekranla təchiz olunacaq. Smartfon Qualcomm-un 5G dəstəkli Snapdragon prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM-ı əldə edəcək. Məlumatda qeyd edilib ki, bu yeni smartfon 108 MP + 2 MP ikili arxa kameranı, 50 MP-lik ön kameranı əldə edəcək və özündə 33 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirəcək. Smartfonun nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş