Logo
    main-post-cover

    HMD Global-ın öz brendi altında hazırladığı smartfonların bəzi texniki göstəriciləri ortaya çıxıb

    Cihazlar+
    28.03.2024
    Emil
         Artıq məlumdur ki, HMD Global şirkəti öz brendi altında smartfonların hazırlanması ilə məşğuldur. İndi isə sözügedən smartfonlar barəsində bəzi məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən HMD-nin öz brendi altında hazırladığı smartfonlar Pulse adlı seriya altında birləşəcəklər. Bununla belə şirkət standart modeldən əlavə olaraq Pulse+ Pulse Pro modelləri üzərində çalışır.
         Məlumata əsasən HMD Pulse smartfonu Unisoc T606 prosessoru vasitəsilə çalışacaq, 4-8 GB RAM-a sahib olacaq və Android 14-ü əldə edəcək. HMD Pulse+ smartfonu isə öz növbəsində 6.56 düym ekranla təchiz olunmalı, 6 GB RAM-a sahib olmalı və 128 GB daxili yaddaş həcmini əldə etməlidir. HMD Pulse Pro modelinə gəldikdə o, Pulse+ kimi 128 GB daxili yaddaş həcminə sahib olmalıdır. Sözügedən smartfonlar yaxın aylar ərzində təqdim oluna bilər.
    Paylaş