main-post-cover

    HMD Global-ın yeni büdcəli planşetinin render fotosu və texniki imkanları təqdim edilib

    Cihazlar+
    24.06.2024
    Emil Nəcəfov
         HMD Global şirkəti Nokia və öz brendi çərçivəsində smartfonlar hazırlamaqla yanaşı üstəlik planşetlər üzərində də çalışır. İndi isə şirkət HMD Tab Lite adlı yeni planşetini təqdim etməyə hazırlaşır. İnsayderlər bu yeni planşetin render fotosunu və texniki imkanlarını təqdim ediblər. Təqdim edilmiş render fotoda planşetin həm arxa həm də ön paneli əks olunub. Fotodan da görmək olar ki, HMD Tab Lite planşeti klassik və sadə dizaynı əldə edəcək. Fotoya əsasən planşetin ekran ətrafı çərçivəsinin yuxarı və aşağı hissələri olduqca qalın olacaqlar. Bununla yanaşı planşetin arxa panelində bir ədəd kamera yerləşəcək.
         Render fotoda planşet çəhrayı gövdə rənginə sahibdir. Lakin insayderlər bildiriblər ki, onun qara və mavi gövdə rənglərinə sahib versiyaları da olacaq. Texniki imkanlara gəldikdə isə, məlumata əsasən HMD Tab Lite planşeti HD+ keyfiyyətli 8.7 düym ölçülü IPS ekranı əldə edəcək və ekranın parlaqlıq səviyyəsi 560 nit təşkil edəcək. Planşet Unisoc T610 prosessoru vasitəsilə çalışmalı və 4 GB RAM ilə 64 GB daxili yaddaş həcmini əldə etməlidir. İnsayderlərin sözlərinə əsasən HMD Tab Lite özündə 5 MP-lik arxa kameranı, 8 MP-lik ön kameranı və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Global-ın Nokia Lumia dizaynında HMD Skyline smartfonu Geekbench testlərindən keçib
    hmd-global-in-nokia-lumia-dizayninda-hmd-skyline-smartfonu-geekbench-testlerinden-kecib
    HMD Global-ın Ridge Pro adlı yeni smartfonunun render fotosu ilə texniki imkanları ortaya çıxıblar
    hmd-global-in-ridge-pro-adli-yeni-smartfonunun-render-fotosu-ile-texniki-imkanlari-ortaya-cixiblar
    HMD Global-ın Ridge adlı yeni smartfonunun render fotosu və texniki imkanları ortaya çıxıblar
    hmd-global-in-ridge-adli-yeni-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-ortaya-cixiblar
    HMD Global-ın Atlas adlı smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
    hmd-global-in-atlas-adli-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-teqdim-edilib
    HMD Global-ın keçmiş Nokia dizaynı tərzində yeni smartfonunun fotosu ortaya çıxıb
    hmd-global-in-kecmis-nokia-dizayni-terzinde-yeni-smartfonunun-fotosu-ortaya-cixib