
HMD Global öz brendi altında hazırlamış ilk smartfonlarının tizer materiallarını bölüşməyə başlayıb
Cihazlar+
28.02.2024
Emil
HMD Global şirkəti öz brendi altında təqdimata hazırlaşan ilk smartfonlarının tizer materiallarını müxtəlif sosial şəbəkələrindəki hesablarında paylaşmağa başlayıb. Təqdim edilmiş tizer materiallara əsasən HMD Global-ın öz brendi altında hazırlamış olduğu smartfonlar bazarda minimum iki gövdə rəngində satışa çıxacaqlar. Qara və çəhrayı. Bununla yanaşı fotolardan birində görmək olar ki, təqdimata hazırlaşan smartfonlardan biri böyük ehtimal ilə kvadrat formalı arxa kamera sahəsini əldə edəcək. HMD Global-ın öz brendi altında hazırlamış olduğu ilk smartfonlar barəsində digər bir məlumat yoxdur.


Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
