
HMD Global öz brendi altında ilk smartfonlarını MWC 2024 sərgisində təqdim edəcək
Cihazlar+
05.02.2024
Emil
HMD Global şirkəti bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisində iştirak edəcəyini elan edib. Şirkətin təqdim etmiş olduğu rəsmi posterə əsasən onun təqdimat tədbiri 25 fevral tarixində baş tutacaq. Həmin tarixdə baş tutacaq təqdimat tədbiri çərçivəsində şirkətin öz brendi altında hazırlamış olduğu ilk smartfonların təqdim olunacağı gözlənilir. Son məlumatlara əsasən şirkətin öz brendi altında hazırlamış olduğu smartfonlardan biri xarici görünüşcə Nokia Lumia seriyasını xatırladacaq və 108 MP-lik əsas arxa kameranı əldə edəcək.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
