Logo
    main-post-cover

    HMD Global öz brendi altında müxtəlif növ cihazları hazırlayacağını rəsmi şəkildə elan edib

    Cihazlar+
    01.02.2024
    Emil
         HMD Global şirkəti öz brendi altında smartfonların, qulaqlıqların, planşetlərin və düyməli sadə mobil telefonların satışa çıxacaqlarını rəsmi şəkildə elan edib. Bu münasibətlə şirkət xüsusi videonu sərgiləyib və öz saytından Nokia brendi altında olan smartfonlar barəsində məlumatları aradan qaldırıb. Şirkətin vermiş olduğu məlumata əsasən onun smartfonları brendin adına uyğun olacaq. Yəni Human Mobile Devices (HMD).
         HMD öz brendi altında cihazların hazırlanması prosesində əsas diqqətini istifadəçinin gündəlik həyatdakı ehtiyaclarına ayırıb. Şirkət buna misal olaraq cihazın yüksək səviyyəli təmir olunma mümkünlüyünü gətirib. Təqdim edilmiş videoda konkret cihazların adları qeyd edilməsə də, HMD brendi altında hazırlanan smartfonların xarici görünüşlərini əks etdirən bəzi elementləri görmək olar. HMD-nin öz ilk smartfonlarını bu ayın sonunda keçiriləcək MWC 2024 sərgisində təqdim edəcəyi istisna edilmir.
    Paylaş