main-post-cover

    HMD Global öz brendi altında yeni smartfonu HMD XR21-i təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    16.05.2024
    Emil Nəcəfov
         HMD Global şirkəti öz brendi altında yeni smartfonunu təqdim edib. Şirkətin yeni smartfonu HMD XR21 adlanır. Bu yeni smartfon sudan və tozdan qorunma özəlliyinə sahib və zərbələrə dözümlü gövdəni əldə edib. Bununla yanaşı HMD XR21 özündə sürətli şarj texnologiyasının dəstəyini və 64 MP-lik əsas arxa kameranı birləşdirir. Beləliklə HMD XR21 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.49 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 550 nit təşkil edir və o, Gorilla Glass Victus qoruyucu şüşəsi əhatə edilib. Smartfon MIL-STD-810HIP69K hərbi standartlarının tələblərinə uyur.
         Bu isə o deməkdir ki, HMD XR21-in gövdəsi zərbələrə, düşüşlərə, ekstremal temperaturlara və suya dözümlüdür. Sözügedən smartfon həmçinin özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi ilə naqilli qulaqlıqlar üçün olan 3.5 mm-lik audiogirişi birləşdirir. HMD XR21 smartfonu Snapdragon 695 5G prosessoru vasitəsilə çalışır və özündə 6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 64 MP + 8 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə HMD XR21 smartfonu 33 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. HMD XR21 artıq Avropa bazarında satışa çıxıb və onun qiyməti 600 avro təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Global öz brendi altında Snapdragon prosessoruna sahib yeni smartfon üzərində çalışır
    hmd-global-oz-brendi-altinda-snapdragon-prosessoruna-sahib-yeni-smartfon-uzerinde-calisir
    Büdcəli HMD Vibe smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-hmd-vibe-smartfonu-teqdim-edilib-qiymeti
    HMD Pulse, Pulse+ və Pulse Pro smartfonları təqdim edilib - QİYMƏTİ
    hmd-pulse-pulse-ve-pulse-pro-smartfonlari-teqdim-edilib-qiymeti
    HMD Pulse Pro smartfonunu nə zaman və hansı qiymətə satışa çıxacağı məlum olub
    hmd-pulse-pro-smartfonunu-ne-zaman-ve-hansi-qiymete-satisa-cixacagi-melum-olub
    HMD Pulse Pro smartfonunun render fotoları təqdim edilib
    hmd-pulse-pro-smartfonunun-render-fotolari-teqdim-edilib