HMD Global şirkəti büdcəli Nokia 2.4 və Nokia 3.4 smartfonlarını təqdim edib - QİYMƏTİ

HMD Global şirkəti büdcəli Nokia 2.4 və Nokia 3.4 smartfonlarını təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
23.09.2020 PAYLAŞIM

    Online formatda keçirilmiş təqdimat çərçivəsində HMD Global şirkəti yeni büdcəli Nokia smartfonlarını təqdim edib. Beləliklə Nokia brendinin büdcəli smartfonlar seriyası Nokia 2.4Nokia 3.4 modelləri ilə genişlənib.

Nokia 2.4:


    Nokia 2.4 modeli 1600x720 piksel keyfiyyətli 6.5 düym ekrana sahibdir. Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Smartfonun arxa panelində isə ikili kamera və barmaq izi skanı texnologiyası yerləşir. Nokia 2.4 modeli həmçinin Google Assistant səsli köməkçisinin işə salınması üçün ayrıca düyməyə də sahibdir. Smartfona gələn bildirişlərdən istifadəçinin xəbər tutması üçün smartfonun yandırıb/söndürmə düyməsinə diod işıqları yerləşdirilib.

    Əsas tenxki göstəricilərə gəldikdə isə Nokia 2.4 modeli MediaTek Helio P22 prosessoru, 2/3 GB RAM, 32/64 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 13 MP (f/2.2 diafraqma) + 2 MP (ToF sensor) ikili arxa kamera, 5 MP-lik ön kamera və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Lakin şirkət qeyd edib ki, o, Android 11 Android 12-yə kimi yenilənəcək. Smartfon bu ayın sonuna kimi satışa çıxacaq. 2 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 120 avro qiymətində satılacaq.

Nokia 3.4:

    Nokia 3.4 modeli HD+ keyfiyyətli 6.39 düym ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Smartfonun gövdəsi alüminium materialdan hazırlanmış çərçivələr ilə əhatə olunub. Onun arxa panelində dairəvi sahənin daxilində yerləşmiş kameralar və barmaq izi skanı texnologiyası var. Nokia 2.4-də olduğu kimi Nokia 3.4 modeli də Google Assistant səsli köməkçisini işə salmaq üçün nəzərdə tutulmuş ayrıca düyməyə sahibdir. Bununla yanaşı Nokia 3.4 modelinin fərqləndirici özəlliyi ondan ibarətdir ki, o. kontaktsız ödənişlər üçün NFC modul ilə təchiz olunub.

    Əsas texniki özəlliklərə gəldikdə isə Nokia 3.4 modeli 8 nüvəli Snapdragon 460 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 13 MP + 5 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (ToF sensor) üçlü arxa kamera, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 10 əməliyyat sistemi vasitəsilə çalışır və Android 11-ə kimi yenilənəcək. Nokia 3.4 modeli gələn ayın əvvəlində satışa çıxacaq. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 160 avro qiymətində satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 12-nin zədələnmiş ekranını dəyişdirmək hansı qiymətə başa gələcək?..

Digər istehsalçılarda olduğu kimi Apple şirkətinin də rəsmi zəmanəti cihazların mexaniki zədələnmələ..


iPhone 12 və iPhone 12 mini modellərinin batareya həcmləri məlum olub

Ənənəyə sadiq qalaraq Apple şirkəti öz smartfonlarının təqdimatı zamanı onların batareya həcmləri ba..


Samsung şirkətinin Galaxy S21 smartfon seriyasının təqdimat tarixi ortaya çıxıb..

Galaxy Note 20 smartfon seriyasının təqdimatından sonra Samsung şirkəti özünün növbəti flaqman smart..


Məşhur şirkətlər iPhone 12-nin qutusunda şarj cihazının olmamasını trollayıblar..

Apple şirkətinin yeni iPhone 12 smartfonlarının qutularından naqilli qulaqlıqlar ilə şarj cihazını ç..


Tərtibatçılar iPhone 12 modellərinin hansı RAM göstəricilərinə sahib olduqlarını..

Öz smartfonlarının təqdimatı zamanı Apple şirkəti əsasən prosessora və kameralara diqqət ayıraraq sm..


iPhone 12 smartfonları 5G şəbəkələrində internet sürəti testindən keçiblər..

Təqdim edilmiş yeni iPhone 12 modellərinin əsas üstünlüklərindən biri də odur ki, onlar 5G dəstəyinə..

×