Logo
    main-post-cover

    HMD Global şirkəti Nokia ilə yanaşı öz brendi altında da smartfon satacaq

    Cihazlar+
    12.09.2023
        Nokia-nın mobil cihazlar biznesinə sahib olan HMD Global şirkəti artıq 6 ildir ki, bu brend altında smartfonları satışa çıxardır. İndi isə şirkət fərdi brendi vasitəsilə öz portfoliosunu genişləndirmək qərarına gəlib. Bu barədə məlumatı HMD Global-ın CEO-su Jean-Francois Baril təqdim edib. Öz LinkedIn hesabında şirkət CEO-su bildirib ki, HMD və Nokia smartfonları birlikdə mövcud olacaqlar və alıcılar şirkətin maraqlı partnyorlarla əməkdaşlığını gözləyə bilərlər. HMD Global şirkətinin öz brendi çərçivəsində satışa çıxaracağı ilk smartfonların nə zaman təqdim olunacaqları və hansı adlara sahib olacaqları barəsində hələ heç bir məlumat yoxdur. Sadəcə güman etmək olar ki, söhbət, 5G dəstəkli bahalı olmayan smartfonlardan gedə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    HMD Global şirkəti Nokia ilə yanaşı öz brendi altında da smartfon satacaq | Technote