
HMD Global şirkəti Nokia Lumia dizaynında daha bir smartfon üzərində çalışır
Cihazlar+
04.07.2024
Emil
Bir neçə müddət bundan öncə məlum oldu ki, HMD Global şirkətinin öz brendi altında hazırladğı smartfonlardan biri Nokia Lumia dizaynına sahib olacaq. Söhbət, HMD Skyline adlı smartfondan gedir. İndi isə məlum olub ki, şirkət Nokia Lumia dizaynında daha bir smartfon üzərində çalışır. İnsayderlər onun fotolarını və texniki özəlliklərini bölüşüblər. Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, HMD-nin Nokia Lumia tərzində olacaq daha bir smartfonu ön paneldən yastı ekranı əldə edəcək və ekranın üzərində damcı formalı çıxıntı yerləşəcək. Ekranın künc hissələri isə iti olacaqlar.

Smartfonun arxa panelində düzbucaq formalı kamera sahəsi mövcud olacaq. Kamera sahəsinin daxilində isə üç ədəd obyektiv yerləşəcək. İnsayderlər bildiriblər ki, sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü OLED ekranı əldə edəcək və Unisoc T760 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə 8 GB RAM-ı, 256 GB-a kimi daxili yaddaş həcmini və 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı birləşdirəcək. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareyaya sahib olmalıdır. HMD Global-ın Nokia Lumia tərzində olan bu yeni smartfonu artıq yaxın zamanda təqdim oluna bilər.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
