main-post-cover

    HMD Global şirkəti Nokia Lumia dizaynında yeni smartfonu üzərində çalışır

    Cihazlar+
    21.05.2024
    Emil Nəcəfov
         HMD Global şirkəti öz brendi altında hazırladığı smartfonların siyahısına yaxın zamanda yeni model əlavə ediləcək. Məlumata əsasən şirkətin hazırladığı yeni smartfon Tomcat kod adına sahibdir. İnsayderlər hazırlanan bu yeni smartfonun dizaynını və texniki imkanlarını təqdim ediblər. Təqdim edilmiş fotolardan da görmək olar ki, HMD Global-ın Tomcat kod adına sahib yeni smartfonu yastı gövdə dizaynını əldə edəcək. Smartfonun arxa panelinin yuxarı sol hissəsində düzbucaq formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə iki ədəd obyektiv və LED işıqlandırma mövcud olacaq.
         Ön paneldən smartfon yastı ekranı və ekran üzərində kiçik dairəvi çıxıntını əldə edəcək. Smartfon gövdəsinin künc hissələri iti, kənar hissələri isə  bir qədər dairəvi formada olacaqlar. Ümumilikdə sözügedən smartfon xarici görünüşcə Nokia Lumia 920-ni xatırladır. İnsayderlərin sözlərinə əsasən bu yeni smartfon Full HD+ keyfiyyətli AMOLED ekranı əldə edəcək və ekran HDR10+ dəstəyinə sahib olacaq. Bununla yanaşı smartfon Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 8/12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək.
         Kameralar mövzusunda smartfon 108 MP-lik əsas arxa kameranı və 32 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə onun 33 vatt gücündə sürətli şarj texnologiyalı 4900 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. Bundan əlavə olaraq insayderlər bildiriblər ki, HMD Global-ın bu yeni smartfonunun gövdəsi IP67 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq, özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirəcək və onda barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Smartfonun yay fəslinin ortasında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Global öz brendi altında HMD T21 adlı planşetini təqdim edib - QİYMƏTİ
    hmd-global-oz-brendi-altinda-hmd-t21-adli-plansetini-teqdim-edib-qiymeti
    HMD Global öz brendi altında yeni smartfonu HMD XR21-i təqdim edib - QİYMƏTİ
    hmd-global-oz-brendi-altinda-yeni-smartfonu-hmd-xr21-i-teqdim-edib-qiymeti
    HMD Global öz brendi altında Snapdragon prosessoruna sahib yeni smartfon üzərində çalışır
    hmd-global-oz-brendi-altinda-snapdragon-prosessoruna-sahib-yeni-smartfon-uzerinde-calisir
    Büdcəli HMD Vibe smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-hmd-vibe-smartfonu-teqdim-edilib-qiymeti
    HMD Pulse, Pulse+ və Pulse Pro smartfonları təqdim edilib - QİYMƏTİ
    hmd-pulse-pulse-ve-pulse-pro-smartfonlari-teqdim-edilib-qiymeti