Logo
    main-post-cover

    HMD Global şirkəti Nokia N9 dizaynında daha bir smartfonu təqdim edəcək

    Cihazlar+
    21.08.2024
    Emil
         HMD Global şirkəti keçən ay öz brendi altında Nokia N9 dizaynına sahib smartfonunu təqdim etmişdi. Söhbət, HMD Skyline-dan gedir. İndi isə məlum olub ki, şirkət Nokia N9 dizaynında daha bir yeni smartfon üzərində çalışır. Hazırlanan yeni smartfonun render fotoları ortaya çıxıb. Fotolardan da görmək olar ki, smartfon minimum 2 gövdə rəngində satışa çıxacaq. Yaşıl və bənövşəyi. Smartfonun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək və onun daxilində 2 ədəd kamera mövcud olacaq. HMD Global-ın Nokia N9 dizaynında yeni smartfonunun bu ay ərzində təqdim olunacağı gözlənilir.
    Paylaş