Logo
    main-post-cover

    HMD Global şirkəti Nokia smartfonlarını hazırlamağa davam edəcək

    Cihazlar+
    06.02.2024
    Emil
         Bir neçə müddət bundan öncə HMD Global rəsmi şəkildə elan etdi ki, o, HMD brendi altında smartfonların hazırlanması və satışları ilə məşğul olacaq. Lakin indi məlum olub ki, bu, şirkətin Nokia smartfonlarından imtina etdiyi demək deyil. Şirkətin təqdim etmiş olduğu açıqlamaya əsasən HMD Global multibrend strategiyası ilə yoluna davam etməyi hədəfləyib. Bu isə o deməkdir ki, şirkət həm öz brendi altında həm də Nokia brendi altında yeni smartfonların hazırlanması ilə məşğul olacaq.
         “Bu gün HMD üçün böyük gündür. Belə ki, biz lisenziyalaşdıran şirkət statusundan brendə sahib şirkət statusuna keçid edirik. Bu isə bizim yolumuzda atılan böyük addımdır. Bu o deməkdir ki, siz unikal HMD smartfonlarını, həmişə sevdiyiniz Nokia smartfonlarını və yaxın gələcəkdə sizləri heyrətləndirəcək əməkdaşlıqları görəcəksiniz. Biz həmin əməkdaşlıqları anons etməkdən səbrsizlənirik” - deyə HMD Global rəsmisi qeyd edib. Qeyd etmək lazımdır ki, HMD Global bu ayın sonunda baş tutacaq MWC 2024 sərgisində iştirakını artıq elan edib. Çox güman ki, şirkətin öz brendi altında hazırlamış olduğu ilk smartfonlar məhz MWC 2024-də təqdim olunacaqlar.
    Paylaş