HMD Global şirkəti öz brendi altında artıq ilk iki smartfonunu hazırlayır
Cihazlar+
04.11.2023
Emil
Nokia brendi altında smartfonların hazırlanması ilə məşğul olan HMD Global şirkətinin CEO-su Jean-Francois Baril hələ sentyabr ayında bildirmişdi ki, şirkət öz brendi altında smartfonların hazırlanması ilə məşğul olacaq. İndi isə məlum olub ki, şirkət HMD brendi altında artıq iki smartfon üzərində çalışır. Məlumata əsasən HMD Global-ın öz brendi altında hazırladığı smartfonlar 2024-cü ildə satışa çıxacaqlar. GSMA IMEI məlumatlar bazasındakı dokumentasiyaya əsasən hazırlanan smartfonlar artıq şirkət daxili testlərdən keçirlər. Təəssüflər olsun ki, HMD smartfonlarının texniki göstəriciləri barəsində hələ heç bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar