main-post-cover

    HMD Global şirkəti subflaqman smartfonunu təqdim etməyə hazırlaşır

    Cihazlar+
    30.09.2024
    Emil Nəcəfov
         HMD Global şirkəti öz brendi altında subflaqman texniki imkanlara sahib yeni smartfonunu təqdim etməyə hazırlaşır. İnsayderlərin vermiş olduqları məlumata əsaəsn şirkətin subflaqman smartfonu Moon Knight kod adına sahibdir. Məlumatda qeyd edilib ki, smartfon alüminium materialdan hazırlanmış çərçivəyə sahib gövdəni əldə edəcək və özündə stereo səsgücləndiriciləri birləşdirəcək. Üstəlik HMD Global-ın bu yeni smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli pOLED ekranla təchiz olunacaq və Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfon barəsində təəssüflər olsun ki, digər bir məlumat hələ yoxdur. İnsayderlər HMD Global-ın subflaqman smartfonunun render fotolarını yaxın zamanda təqdim edəcəklərinə söz veriblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Aura 2 smartfonunun render fotosu və texniki imkanları təqdim eidlib
    hmd-aura-2-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-teqdim-eidlib
    HMD Vibe Pro smartfonu barəsində məlumatlar verilib
    hmd-vibe-pro-smartfonu-baresinde-melumatlar-verilib
    Modul tipli HMD Fusion smartfonu təqdim edilib - QİYMƏTİ
    modul-tipli-hmd-fusion-smartfonu-teqdim-edilib-qiymeti
    Əfsanəvi Nokia Lumia 1020-nin davamçısı hazırlanır
    efsanevi-nokia-lumia-1020-nin-davamcisi-hazirlanir
    HMD Hyper smartfonu 4 gövdə rəngində əks olunub
    hmd-hyper-smartfonu-4-govde-renginde-eks-olunub