Logo
    main-post-cover

    HMD Global şirkətinin iki büdcəli smartfonu Geekbench testlərindən keçiblər

    Cihazlar+
    12.02.2024
    Emil
         Artıq məlumdur ki, HMD Global şirkəti bu il öz brendi altında hazırladığı smartfonlarını təqdim edəcək. Məlum olub ki, şirkətin hazırladığı iki büdcəli smartfon Geekbench testlərindən keçiblər. Geekbench testlərindən keçmiş smartfonlardan biri Legend, digəri isə Legend Pro kod adına sahibdir. Geekbench testləri sayəsində bu smartfonların bəzi texniki imkanları məlum olub. Geekbench məlumatlarına əsasən hər iki smartfon Unisoc T606 prosessoru vasitəsilə çalışacaq. Legend kod adına sahib smartfon 4 GB RAM-a, Legend Pro kod adına sahib smartfon isə 8 GB RAM-a sahib olacaq.
         Bununla yanaşı məlumatda qeyd edilib ki, Legend Pro kod adına sahib smartfon Android 14 əməliyyat sistemini əldə edəcək. Beləliklə Legend kod adına sahib smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 379 xal, çox nüvəli testi çərçivəsində isə 1370 xal toplayıb. Legend Pro kod adına sahib smartfona gəldikdə isə o, Geekbench-in bir nüvəli testi çərçivəsində 373 xal, çox nüvəli testi çərçivəsində 1384 xal toplayıb. HMD Global şirkəti öz brendi altında hazırlamış olduğu ilk smartfonlarını bu ayın sonunda keçiriləcək MWC 2024 sərgisində təqdim etməlidir.
    Paylaş