Logo
    main-post-cover

    HMD Global şirkətinin öz brendi altında hazırladığı ilk smartfonun render fotosu ortaya çxııb

    Cihazlar+
    19.01.2024
    Emil
         Nokia-nın mobil biznesi 2016-cı ildən HMD Global şirkətinə məxsusdur. Lakin artıq gələn il Nokia ilə HMD Global arasındakı sözügedən mövzu ilə bağlı olan müqavilənin müddəti bitəcək. Hələ keçən il məlum oldu ki, HMD Global şirkəti öz brendi altında smartfonlar istehsal edəcək. Şirkətin öz brendi altında hazırladığı ilk smartfon isə artıq bu il satışa çıxmalıdır. İndi isə şirkətin ilk smartfonunun render fotosu ortaya çıxıb. Ortaya çıxmış render fotodan belə qanaətə gəlmək olar ki, smartfon büdcəli olacaq. Render fotoya əsasən onun arxa panelində iki ədəd kamera və LED işıqlandırma yerləşəcək. Üstəlik arxa panelin mərkəzində HMD loqosunu görmək olar. Ön paneldən isə ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur.
    Paylaş