main-post-cover

    HMD Global şirkətinin öz smartfonlarını nə zaman satışa çıxaracağı məlum olub

    Cihazlar+
    06.11.2023
    Emil Nəcəfov
         HMD Global şirkəti bütün dünya üzrə Nokia brendi altında smarftfonların istehsalı və satışa çıxarılması lisenziyasına sahibdir. İlk başlarda şirkətin bu istiqamətdə biznesi heç də pis getmirdi. Şirkət zaman-zaman flaqman Nokia modellərini təqdim edirdi. Lakin yüksək satış qiyməti və mütəmadi olaraq yeni modellərin satışa çıxarılmaması səbəbilə satışlar aşağı düşməyə başladı. İndi isə HMD Global öz brendi altında smartfonları üzərində çalışır.
         Keçən həftə məlumat ortaya çıxdı ki, şirkət HMD brendi altında artıq ilk iki smartfon üzərində çalışır. İndi isə hazırlanan ilk iki smartfonun konkret satış müddəti barəsində məlumat verilib. 91mobiles saytının öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən HMD brendi altında hazırlanan smartfonlar gələn ilin aprel ayında Hindistanda satışa çıxarılacaq. Bununla belə şirkət 2026-cı ilə qədər həm Nokia həm də HMD brendi altında smartfonları satmağı planlaşdırır.
         Məlumata əsasən şirkət öz smartfonları mövzusunda aqressiv qiymət siyasətini yürütməyə və satışlar mövzusunda AmazonFlipkart kimi online platformalara üstünlük verməyə hədəflənib. İlk öncə şirkət büdcəli və orta büdcəli smartfonları, daha sonra isə flaqman smartfonları təqdim edəcək. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, digər şirkətlərdən fərqli olaraq HMD Global öz smartfonlarını daha uzun müddət ərzində dəstəkləməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Global şirkəti öz brendi altında artıq ilk iki smartfonunu hazırlayır
    hmd-global-sirketi-oz-brendi-altinda-artiq-ilk-iki-smartfonunu-hazirlayir