HMD Global yüksək dözümlülüyə sahib Nokia XR20 smartfonunu təqdim edib - QİYMƏTİ

HMD Global yüksək dözümlülüyə sahib Nokia XR20 smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
27.07.2021 PAYLAŞIM

    HMD Global şirkəti yüksək dözümlülüyə sahib Nokia XR20 smartfon modelini təqdim edib. Sözügedən smartfon ilk növbədə aktiv həyat tərzi sürənlər üçün nəzərdə tutulub. Nokia XR20 modeli sudan və tozdan qorunan gövdə, sürətli şarj texnologiyası dəstəyi və təkmilləşdirilmiş kameralar əldə edib. Şirkətin verdiyi məlumata əsasən MIL-STD 810H standartı üzrə qorunan Nokia XR20 smartfonu 1.5 metr hündürlükdən düşüşə davamlıdır və o, 30 dəqiqə ərzində su altında 1.8 metr dərinlikdə qala bilir.


    Bundan əlavə olaraq bu smartfonu sabun ilə də yumaq mümkündür. Nokia XR20 Full HD keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Ekranın özü həmçinin Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Qeyd etmək lazımdır ki, bu qoruyucu şüşə Gorilla Glass 6-dan fərqli olaraq cızıqlara 2 dəfə daha dözümlüdür. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün yerləşdirilmiş kiçik dairəvi çıxıntı var. Şirkətin verdiyi məlumata əsasən smartfonun ekranı yaş barmaqların toxunuşlarına reaksiya verə bilir.

    Əsas texniki özəlliklərə gəldikdə isə Nokia XR20 modeli Snapdragon 480 5G prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP (f/1.79 diafraqma) + 13 MP (f/2.4 diafraqma) ikili arxa kamera, 8 MP-lik (f/2.0 diafraqma) ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 4630 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nokia XR20 həmçinin Qi standartı üzrə 15 vatt gücündə naqilsiz sürətli şarj texnologiyasını da dəstəkləyir. Smartfon 24 avqust tarixində satışa çıxacaq və 550$ qiymətində satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 13 ön sifariş rekordu qırmağa başlayıb

14 sentyabr tarixində Apple şirkəti yeni iPhone 13 smartfon seriyasının təqdimatını keçirtdi...


Xiaomi 11T, 11T Pro və 11 Lite 5G NE smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş qlobal təqdimat çərçivəsində şirkət yeni smartfonlarını təqdim edib. Sö..


Son Dəqiqə: Apple iPhone 13 təqdim olundu - QİYMƏTİ

Apple şirkəti təqdimat tədbiri çərçivəsində yeni iPhone 13 smartfonlarını təqdim edib.


Təqdimatdan bir neçə saat öncə iPhone 13-ün real fotosu ortaya çıxıb

Bugün axşam Apple şirkəti növbəti təqdimat tədbirini keçirdəcək. Baş tutacaq tədbirdə şirkət iPhone ..


Məşhur analitik iPhone 13 modellərinin sahib olacaqları daxili yaddaş həcmi barə..

Məşhur analitik Ming-Chi Kuo bildirib ki, bu il Apple şirkəti iPhone 13 modellərini daha yüksək star..


Məşhur insayder Samsung şirkətinin yeni Galaxy Note üzərində çalışdığını bildiri..

Ice Universe ləqəbli məşhur insayder Galaxy Note smartfon seriyasının ləğv olunması barəsində yayılm..

×