
HMD Hyper smartfonu 4 gövdə rəngində əks olunub
Cihazlar+
03.09.2024
Emil
Keçən ay məlum oldu ki, HMD Global şirkəti öz brendi altında Hyper adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə sözügedən smartfonun yeni render fotosu təqdim edilib. Təqdim edilmiş render fotoda HMD Hyper smartfonu 4 gövdə rəngində əks olunub. Sarı, yaşıl, qırmızı və boz. Fotodan da görmək olar ki, HMD Hyper bir növ yastı gövdə dizaynını əldə edəcək. Lakin bununla belə onun kənar hissələri yuvarlaq formada olacaqlar. Smartfonda künc hissələr isə iti olacaqlar. Son məlumat sızıntılarına əsasən HMD Hyper smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym ölçülü OLED ekranı əldə edəcək və Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfon özündə 50 MP + 13 MP + 8 MP üçlü arxa kameranı və 4700 mAh enerji tutumlu batareyanı birləşdirəcək. HMD Hyper-in nə zaman təqdim olunacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
