main-post-cover

    HMD Pulse Pro smartfonunu nə zaman və hansı qiymətə satışa çıxacağı məlum olub

    Cihazlar+
    23.04.2024
    Brilyant Rasulova
         HMD Global şirkətinin öz brendi altında hazırlamış olduğu HMD Pulse Pro smartfonunun texniki özəllikləri və fotoları bir neçə müddət bundan öncə internetdə ortaya çıxmışdılar. İndi isə Finlandiyanın Gigantti adlı online mağazası sayəsində bu smartfonun hansı qiymətə və nə zaman satışa çıxacağı məlum olub. Beləliklə Gigantti adlı online mağazadakı məlumata əsasən HMD Pulse Pro smartfonu Avropa bazarında artıq sabah satışa çıxacaq.
         Məlumatda qeyd edilib ki, smartfon yalnız bir versiyada satışa çıxacaq və o da 6 GB RAM ilə 128 GB daxili yaddaş həcminə sahib olacaq. Smartfon Avropa bazarında 179 avro qiymətində satılacaq. Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarına əsasən HMD Pulse Pro smartfonu 90 Hz-lik təsvir yenilənmnəsinə sahib HD+ keyfiyyətli 6.56 düym IPS LCD ekrana və Unisoc T606 prosessoruna sahibdir. Bununla yanaşı smartfon özündə 50 MP + 2 MP ikili arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HMD Pulse Pro smartfonunun render fotoları təqdim edilib
    hmd-pulse-pro-smartfonunun-render-fotolari-teqdim-edilib
    HMD Pulse smartfonunun render fotoları təqdim edilib
    hmd-pulse-smartfonunun-render-fotolari-teqdim-edilib
    HMD Global-ın öz brendi altındakı ilk smartfonların qiymətləri açıqlanıb
    hmd-global-in-oz-brendi-altindaki-ilk-smartfonlarin-qiymetleri-aciqlanib
    HMD Global-ın öz brendi altında hazırladığı smartfonların bəzi texniki göstəriciləri ortaya çıxıb
    hmd-global-in-oz-brendi-altinda-hazirladigi-smartfonlarin-bezi-texniki-gostericileri-ortaya-cixib
    HMD Global öz brendi altında hazırlamış ilk smartfonlarının tizer materiallarını bölüşməyə başlayıb
    hmd-global-oz-brendi-altinda-hazirlamis-ilk-smartfonlarinin-tizer-materiallarini-bolusmeye-baslayib